Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Luqanskda məktəbi vurdu, 60 ölü - VİDEO - FOTO

Rusiya Luqanskda məktəbi vurdu, 60 ölü - VİDEO - FOTO

Tarix: 8 May 2022 20:44

Rusiya qüvvələri Ukraynanın Luqansk vilayətinin Biloqorivka kəndində məktəbi vurub.

Milli.Az bildirir ki, bunu Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

Onun sözlərinə görə, Beloqorovka qəsəbəsindəki məktəbə raket zərbəsi nəticəsində bina darmadağın olub. Zirzəmiyə sığınmış 90 nəfərdən 60 nəfər həlak olub.

Dağıntılar altından 30 nəfər çıxarılıb. Onların 7 nəfəri yaralıdır.

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti dağıntılarda xilasetmə işlərinin davam etdiyini bildirib.

Lisiçansk və Severodonetsk yaxınlığındakı Beloqorovka rayonunda artıq bir həftədir şiddətli döyüşlər gedir.

Rusiyanın Müdafiə Nazirliyi olayla bağlı heç bir rəsmi açıqlama verməyib.

Milli.Az


Etiketlər:  Rusiya Luqanskda məktəbi vurdu 60 ölü VİDEO FOTO


RƏYLƏR