Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2022 15:46
Ölkəmizdə bütün sahlərdə olduğu kimi idarəetmə strukturlarında da islahatlar həyata keçirilir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Tahir Rzayev artıq bu istiqamətdə bir çox işlərin görüldüyünü bildirib.
Onun sözlərinə görə, iki rayonun icra hakimiyyətlərinin ləğvi, digər tərəfdən işğaldan azad edilmiş ərazilərdə ölkə başçısının səlahiyyətli nümayəndəliklərinin yaradılması və ora nümayəndələrin təyin edilməsi bunu deməyə əsas verir ki, islahatlar sistemli şəkildə davam etdiriləcək.
Bəs islahatlar icra hakimiyyətlərinin ləğvinə səbəb ola bilərmi?
Millət vəkili deyib ki, ölkə rəhbəri "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışı zamanı bu məsələyə də diqqət çəkib.
Prezident bildirib ki, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür.
Millət vəkili Tahir Rzayev hesab edir ki, gələcəkdə bu sahədə addımların atılacağı istisna edilmir.
Onun fikrincə, Qarabağda tətbiq olunan yeni sistemin Azərbaycanın digər ərazilərində də sınaqdan keçirilməsi artıq reallığa çevrilir.