Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Görmə məhdudiyyətli şəxsə pensiya təyin edilmir - valideyn narazıdır - VİDEO

Görmə məhdudiyyətli şəxsə pensiya təyin edilmir - valideyn narazıdır - VİDEO

Tarix: 9 May 2022 16:32

Masallıda görmə məhdudiyyətli şəxsə pensiya təyin olunması üçün edilən müraciətə cavab verilmir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Masallı rayonu, Bədəlan kənd sakini 2021-ci il təvəllüdlü Mustafa Məmmədovun anadangəlmə gözləri görmür. Valideynləri bunu yalnız 5 aylığında, ötən ilin iyun ayında hiss ediblər.

Körpənin atası Məmməd Məmmədov övladına pensiya təyinatı üçün 3 ay bundan əvvəl Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Valideyn iddia edir ki, bu müddət ərzində ona müsbət cavab verilməyib.

Onun sözlərinə görə, övladı ilə bağlı məlumatlar hələ də müvafiq elektron sistemə daxil edilməyib.

Məsələ ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev bildirib ki, Mustafa Məmmədov somatik xəstəlikdən əziyyət çəkir.

''Körpənin sənədləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agetliyinə göndərilib və Tibbi-Sosial Ekspert Komissiyasının elektron sisteminə daxil edilib. Bir neçə gündən sonra valideynin müraciətinə cavab veriləcək'',- deyə o əlavə edib.


Etiketlər:  Görmə məhdudiyyətli şəxsə pensiya təyin edilmir valideyn narazıdır VİDEO


RƏYLƏR