Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Firuzə İbadova Zöhrə Abdullayevadan danışdı: ''Deyirdi ki, ölmək istəyirəm''

Firuzə İbadova Zöhrə Abdullayevadan danışdı: ''Deyirdi ki, ölmək istəyirəm''

Tarix: 10 May 2022 09:40

"O üz" verilişinin növbəti buraxılışı mərhum Əməkdar artist Zöhrə Abdullayevaya həsr olunub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, proqramda qonaq olan Əməkdar artist Firuzə İbadova sənətçi ilə bağlı xatirələrini bölüşüb:

"Heç kimin məsləhətinə qulaq asmırdı. Bir gün bəstəkar Gövhər Həsənzadə, Əməkdar artist Aybəniz Haşımovayla onlara getdik ki, bir az başını qarışdıraq, dərdini alaq. Məzəli söhbət əsnasında birdən gördük ki, sanki ildırım çaxdı. Elə bildim ki, ev başımıza uçacaq. Rəhmətlik Zöhrə xanımdan bir hönkürdü çıxdı ki, indiyədək eləsini eşitməmişdim. Dedi sən məni bağışla oğlum, ağzım bir az qaçdı, güldüm. Başladı evin künclərinə qaçmağa, elə bildik dəli oldu. İnsan nə qədər ağlayar, bədəninin suyu qurudu. Onu tuta bilmirdik. Özü məsləhət verirdi, amma heç birimizin dedikləri onun beyninə batmadı. Özünü şam kimi əritdi. Dedim, Zöhrə nə etmək istəyirsən? Cavab verdi ki, ölmək istəyirəm. Görmək istəyirəm oğlum hansə tərəfdədir. Öz-özünü öldürdü".

Milli.Az


Etiketlər:  Firuzə İbadova Zöhrə Abdullayevadan danışdı Deyirdi ölmək istəyirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ