Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 13:04
Almaniya millisinin kapitanı Manuel Noyer birinci qapıçı olmamaqdan narazı olan komanda yoldaşı Mark-Andre ter Stegenə cavab verib.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, millinin əsas qapıçısı bununla bağlı deyib: "Ter Stegenin nə söylədiyini eşitmişən və bunu üzümə deməməyi xoşuma gəlmədi. Biz bir komandayıq və qazanmaq üçün mümkün olan hər şeyi etməliyik. Bu hərəkət biz kömək ola bilməz. Dürüst olmağımı istəyirsinizsə, əsas qapıçı olmağımın tək səbəbi yaxşı oynamağımdır. Hamımız meydanda olmaq istəyirik. Amma önəmli olan komandadır".
Qeyd edək ki, "Barselona"nın qapıçısı ter Stegen millidə ehtiyatda olmağın onun üçün çətin durum olduğunu və daha 1 nömrəli qapıçı olmaq istədiyini söyləmişdi.