Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mülki şəxslər “Azovstal”ı tərk ediblər

Mülki şəxslər “Azovstal”ı tərk ediblər

Tarix: 12 May 2022 08:54

Ukraynanın Azov alayının komandir müavini Svyatoslav Palamar bildirib ki, dinc sakinlər blokadaya alınmış "Azovstal"ı tərk edə biliblər.

O, qeyd edib ki, zavodun ərazisində yerli döyüşlər davam edir.

"Əgər siz konkret olaraq "Azovstal" zavodundan danışırsınızsa, o zaman bizimlə birlikdə olan, qayğısına qaldığımız mülki şəxslər zavodu tərk edə biliblər", - Palamar bildirib.

Qeyd edək ki, "Azovstal" zavodu Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb. Ukrayna hərbçiləri düşmənin bir neçə dəfə üstün qüvvələrinə baxmayaraq, müdafiə olunurlar.

Milli.Az


Etiketlər:  Mülki şəxslər Azovstalı tərk ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ