Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var

Şamaxı yolunda

Tarix: 16 Sentyabr 2019 16:04

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini - 1967-ci il təvəllüdlü Alıyev Arif Mustafa oğlu idarə etdiyi "RAV 4" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılaraq aşıb. Sürücü hadisə yerində ölüb, sərnişini - Şamaxı rayon sakini İsayev Əbilxan Şahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Şamaxı yolunda RAV 4 aşdı ölən yaralanan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ