Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2022 07:36
Ukraynanın maliyyə naziri Sergey Marçenko ölkə iqtisadiyyatının uzunmüddətli müharibəni davam etdirmək gücündə olmadığını bildirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Marçenko ölkə iqtisadiyyatı ilə bağlı açıqlamasında deyib:
"Müharibə 3 və ya 4 aydan çox davam edərsə, ölkədə böyük vergi artımları kimi qərarlar qəbul edilə bilər. ABŞ-dan maliyyə yardımı xəbərini aldıq. Bu, yaxşı xəbərdir, lakin ABŞ-ın yardım paketinin məzmununun nə olacağını və nə vaxt çatacağını bilmirik", - deyə Segey Marçenko qeyd edib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov bəyan edib ki, Rusiya-Ukrayna müharibəsinin qırılma nöqtəsi avqustda olacaq və qarşıdurmaların əksəriyyətinin ilin sonuna qədər bitməsi gözlənilir.