Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəri problemlərini kökündən yox edən maska

Dəri problemlərini kökündən yox edən maska

Tarix: 15 May 2022 17:33

Dəri problemlərini aradan qaldırmaq üçün məsamələri təmizləmək lazımdır. Gil maskası sızanaqlardan xilas olmaq, dərinin yağ istehsalını tarazlaşdırmaq, qırışların və incə xətlərin əmələ gəlməsini gecikdirmək üçün istifadə olunan ən geniş yayılan üsullardan biridir.

Sonxeber.net Axşam.az-a istinadən cildi təmizləyərək onun sağlamlığını bərpa edən maskanı təqdim edir.

Tərkibi:

2 xörək qaşığı bentonit gil
1 çay qaşığı çörək soda
½ çay qaşığı limon suyu
½ çay qaşığı kokos yağı
1 çay qaşığı bal
2 xörək qaşığı gül suyu

Hazırlanma qaydası: 

Bir qabda gil, soda və limon suyunu qarışdırın. Üzərinə kokos yağı, bal, sonda isə gül suyu əlavə edin. Sürətlə qarışdırmağa diqqət edin, əks halda maska bərkiyə bilər. Maskanı təmiz üz və boyun nahiyəsinə çəkib, 5 dəqiqə gözləyin. Üzünüzü bol ilıq su ilə təmiz yuyun.


Etiketlər:  Dəri problemlərini kökündən edən maska


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ