Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Flora Kərimova illər əvvəl ''Leyli'' obrazında - FOTOlar

Flora Kərimova illər əvvəl ''Leyli'' obrazında - FOTOlar

Tarix: 16 May 2022 11:05

Xalq artisti Flora Kərimova "Leyli" obrazını canlandırdığı vaxtlara aid arxiv fotolarını instaqram hesabında izləyiciləri ilə bölüşüb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, şəkillərdə mərhum sənətçilər Xalq artisti, tarzən Bəhram Mansurov və Xalq rəssamı Mikayıl Abdullayev yer alıb. F.Kərimova illər əvvəl lentə alınan görüntüləri belə şərh edib:

"Bir neçə gün öncə Azərbaycan İncəsənət Müzeyində Mikayıl Abdullayevin fərdi sərgisində təsadüfən öz şəklimi gördüm. Şəkildə sağ tərəfimdə Mikayil Abdullayev, solumda isə Bəhram Mansurov dayanmışdı. "Leyli" olduğum zamanın səhnə tərtibatını Mikayıl bəy veribmiş. Düşündüm ki, dahilərin əlindən tutub səhnəyə çıxardığı insan olmaq bir başqa xoşbəxtlikdir sənətkar üçün!"


Etiketlər:  Flora Kərimova illər əvvəl Leyli obrazında FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ