Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gimnastlarımız 2 bürünc medal qazandı

Gimnastlarımız 2 bürünc medal qazandı

Tarix: 16 May 2022 18:10

Mayın 11-dən 15-dək Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizi Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz və Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz təmsil edib.

Sonxeber.net Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Dünya kubokunda Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz, eləcə də Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq hərəkətlər proqramında bürünc medala sahib çıxıblar.


Etiketlər:  Gimnastlarımız bürünc medal qazandı


RƏYLƏR