Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kursk bölgəsi böyük kalibrli silahlardan atəşə tutuldu

Kursk bölgəsi böyük kalibrli silahlardan atəşə tutuldu

Tarix: 17 May 2022 11:26

Rusiya Federasiyasının Kursk vilayətinin başçısı Roman Starovoyt bildirib ki, Alekseyevka sərhəd kəndi iriçaplı silahlardan atəşə tutulub.

Sonxeber.net xəbər verir ki, bu barədə qubernator Roman Starovoyt Telegram-da bildirib.

"Bu gün səhər saat 5 radələrində Qluşkovski rayonunun Alekseyevka sərhəd kəndinə iriçaplı silahlardan atəş açılıb. Üç fərdi evə, onlardan birinin yaxınlığında dayanan avtomobilə, həmçinin məktəb binasına ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Sərhədçilərimizin cavab atəşi ilə atışma qısa müddətdə dəf edilib. Ekspertlər artıq hadisənin təfərrüatlarını araşdırır".

Aslan Məmmədov


Etiketlər:  Kursk bölgəsi böyük kalibrli silahlardan atəşə tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ