Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Küçədən yeni doğulmuş körpə meyiti tapılıb - VİDEO

Küçədən yeni doğulmuş körpə meyiti tapılıb - VİDEO

Tarix: 18 May 2022 16:32

Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 52 ünvanında qeydə alınıb.

Həyət evlərinin yerləşdiyi ərazidə yaxınlıqdan keçən insanlar azyaşlının cansız cəsədini görüblər.

Hadisə ilə bağlı dərhal rayon polisinə məlumat verilib. Araşdırma zamanı məlum olub ki, meyit azyaşlı oğlan uşağına məxsusdur.

Ərazidə yaşayan insanlar son vaxtlar ümumiyyətlə Bakıda və digər rayonlarda belə halların tez-tez baş verməsini anlaya bilmədiklərini deyirlər.

Faktla bağlı hazırda həm rayon polisi, həm də prokururluğu araşdırma aparır. Uşağın meyitinin hansı şəraitdə ora atıldığı və hadisənin konkret detalları araşdırmadan sonra üzə çıxacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Küçədən yeni doğulmuş körpə meyiti tapılıb VİDEO


RƏYLƏR