Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qida borusunun qeyri spesifik hərəki pozğunluğu

Qida borusunun qeyri spesifik hərəki pozğunluğu

Tarix: 19 May 2022 08:36

Qida borusunun hərəki funksiyasının peristaltika fonunda qeyri -spesifik pozğunluğunun əsas əlamətləri bunlardır:
- ağrı
- disfaqiya
* Döş sümüyünün yuxarı və orta1/3-də müxtəlif intensivlikli ağrıların olması.
Ağörılar adətən qida qəbulu,udqunma zamanı meydana çıxır.Bir qayda olaraq ağrılar davamlı deyil,müstəqil və ya antasidlərin qəbulu və ya bir udum su qəbulundan sonra keçə bilir.
* Disfaqiya nadir hallarda müşayət olunur.
Rentgenoskopiyada qida borusu divarının udqunma zamanı əmələ gələn qeyri-propulsiv və qeyri-peristaltik yığılması qeyd olunur.Qida borusunun hərəki pozğunluğunu birinci növbədə aşağıdakı xəstəliklərlə differensasiya eləmək lazımdır:
- kardiyanın axalaziyası
- qida borusunun xərçəngi
- qastroezogageal reflyuks
- ürəyin işemik xəstəlikləri
Xəstəliyə dəqiq diaqnoz qoymaq üçün qida borusunun bir-neçə müayinəsi aparılmalıdır:
- rentgenoskopiya
- ezofaqoskopiya
- qida borusunun pH metriyası
- qida borusunun manometriyası
- qida borusuna xlorid turşusu yeritməklə sınaq
- elektrokardioqrafik nəzarət altında rezin balonun şişirdilməsi ilə dilatasion sınağı

Milli.Az


Etiketlər:  Qida borusunun qeyri spesifik hərəki pozğunluğu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ