Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2019 09:48
"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Borussiya" (Dortmund) ilə oyun öncəsi açıqlama verib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, ÇL-də bütün komandaların şanslarının bərabər olduğunu deyib: "Bəzən turnirin qalibi olmaq daha da çətin olur. Burada ancaq ən yaxşılar oynayırlar. Bu isə yarışı daha da xüsusi edir.
"Borussiya" ilə eyni qrupdayıq. Mən "Barselona"nın şərəfini qoruduğu müddətdə indiyə kimi onlarla oynamamışıq. Ancaq televizordan onların stadionunu görmüşəm. Azareşləri çox xoşuma gəlir. Biz, həmçinin "İnter"lə qarşılaşacağıq. Biz ötən mövsüm onlarla oynadıq, ancaq mən həmin görüşü zədə səbəbindən buraxmışdım. Çətin qrupdayıq, amma maraqlı oyunlar olacaq".
Qeyd edək ki, "Borussiya" - "Barselona" qarşılaşması bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.