Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda verilən kreditlərin məbləği 13 milyard manatı keçib

Azərbaycanda verilən kreditlərin məbləği 13 milyard manatı keçib

Tarix: 17 Sentyabr 2019 10:12

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu il avqust ayının 1-nə Azərbaycanın bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 681,4 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, ümumi kredit portfelinin 11 milyard 112,7 milyon manatı və ya 81,2 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 487,4 milyon manat olub və ümumi kredit portfelinin 10,9 faizini təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda verilən kreditlərin məbləği milyard manatı keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ