Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mister Azerbaijan 2022"nin mühəndis qalibi İsa: “500 modelin içindən seçilmişəm” - VİDEO

Tarix: 19 May 2022 19:35

Xəbər verdiyimiz kimi ötən gün "Miss and Mister Azerbaijan 2022" gözəllik müsabiqəsi keçirilib. Sözügedən yarışmanın qalibi model İsa Ələkbərov olub.

Milli.Az xəbər verir ki, o, qalibiyyət sevincini bizim.media ilə bölüşüb.
Rəqabətin güclü olduğu yarışmada İsa 500 modelin içindən seçilərək, birincilik əldə edib:

"Bu yarışmada ən azı 500 nəfər iştirakçının arasından seçimlər oldu. 500 nəfərə yaxın iştirakçı növbəti mərhələyə keçdi. Rəqiblərim də güclü idi. Heç kim qalib gələcəyini öncədən bilmir. Amma mənim ümüdlərim və hədəfim birincilik qazanmaq yönündə idi. İstəyimə də nail oldum".

İ.Ələkbərov bildirib ki, modelliklə yanaşı, yerli şirkətlərin birində mühəndis vəzifəsində çalışır.

"Miss and Mister Azerbaijan 2022"nin qalibi İ.Ələkbərovun Bizim.Media-ya özəl videomüsahibəsini təqdim edirik.

Milli.Az


Etiketlər:  Mister Azerbaijan 2022nin mühəndis qalibi İsa 500 modelin içindən seçilmişəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ