Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 09:39
Elşad Həsənov: "Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına həm Avropa İttifaqı, həm Rusiya, həm də Birləşmiş Ştatlar maraqlıdır"
Ermənistan ordusu son günlər dövlət sərhədində təxribatları yenidən intensivləşdirib. Belə ki, həftə ərzində Ermənistan hərbiçiləri Kəlbəcər rayonunda yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv olaraq atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulsa da, lakin erməni təxribatlarının davam edəcəyi istisna olunmur. Bəs görəsən bu təxribatlar nəyə hesablanıb və sülh müqaviləsinin imzalanmasına hansı mənfi təsir göstərəcək?
Politoloq Elşad Həsənov "OLAYLAR"a deyib ki, dövlət sərhədində baş verən erməni təxribatları ilə Ermənistan daxilində baş verən proseslərin bağlılığı var: "Məlumdur ki, may ayının 2-dən Ermənistanda hakimiyyət əleyhinə aksiyalar keçirilir və müxalifət baş nazir Nikol Paşinyanı devirməyə çalışır. Düzdür, aksiyalar bir qədər azalmağa doğru getsə də, lakin hələ də mitinqlər davam edir. Bildiyimiz kimi Ermənistan prdusunda müxalifət nümayəndələri, onların əlaltıları də var. Onlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qarşıdırlar və bu yolla həmin prosesə əngəl tprədirlər. Ancaq ümumilikdə Ermənistan hakimiyyəti, Paşinyan hakimiyyəti Azərbaycan tərəfindin təqdim etdiyi 5 maddəlik prinsiplərlə razılaşıblar. Delimitasiya məsələsi ilə bağlı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da deyib ki, ölkəsinin bununla bağlı komissiyası hazırdır. Qriqoryanın məlumatına görə, sərhədlərin delimiitasiyası ilə bağlı yaxın günlərdə görüş olacaq".
Elşad Həsənov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını Avropa İttifaqı, Rusiya, eyni zamanda Amerika da istəyir və ABŞ dövlət katibi Azərbaycan Prezidenti ilə telefon danışığında sülh müqaviləsinin bağlanmasına dəstək verməyə hazır olduqlarını bildirdi. Ancaq Ermənistandakı revanşist qüvvələr vəziyyəti gırginləşdirmək, bununla da sülh müqaviləsinin bağlanmasına mane olmaq istəyir. Hesab edirəm ki, Ermənistandakı revanşist qüvvələr buna nail ola bilməyəcəklər. Çünki qeyd etdiyim ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına həm Avropa İttifaqı, həm Rusiya, həm də Birləşmiş Ştatlar maraqlıdır".