Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 13:24
İşğaldan azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlər həyata keçirilir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abbasov bildirib.
O deyib ki, azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası istiqamətində uğurlu islahatlar aparılması bütün ölkədə bu sahənin daha da inkişafı üçün real zəmin yaradır.
Əkbər Abbasov Bakıda keçirilən 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə də diqqət çəkib. Bildirib ki, kənd təsərrüfatında məhsuldarlığın artırılmasında burada nümayiş olunan müasir innovativ texnologiyaların tətbiqi əsas yerlərdən birini tutur.
"Ümumlikdə kənd təsərrüfatı sahəsində əsas məqsəd məhsuldarlığı artırmaqla bu sahədə rəqabətqabiliyyətliliyi və ərzaq təhlükəsizliyini təmin etməkdir",- deyə Əkbər Abbasov vurğulayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: