Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qazprom" Finlandiyaya qaz nəqlini dayandırdı

Tarix: 20 May 2022 23:08

Rusiya törəmə şirkəti olan "Qazprom Export" mayın 21-dən Finlandiyaya qaz nəqlinin dayandırıldığını təsdiqləyib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, holdinq Finlandiya tərəfdən aprel ayı üçün ödəniş almadığını bildirib.

"Qazprom Export"un məlumatına görə, Finlandiyaya qaz tədarükünü dayandırmaq qərarına Rusiyanın rublla ödənişləri tələb edən yeni qaydalarına uyğun olaraq aprel ayında təhvil verilmiş qazın ödənilməməsi səbəb olub.

Rusiya şirkəti əlavə edib ki, onlar Finlandiyanın dövlətə məxsus "Qasum" topdansatış şirkətinin başlatdığı arbitraj prosesində öz maraqlarını müdafiə edəcəklər.

Milli.Az


Etiketlər:  Qazprom Finlandiyaya qaz nəqlini dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ