Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaçmazda avtomobil ağaca çarpılıb, yaralanan var

Xaçmazda avtomobil ağaca çarpılıb, yaralanan var

Tarix: 21 May 2022 09:36

Xaçmaz rayonunda avtomobil ağaca çarpılıb, yaralanan var.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Xudat şəhərində "Opel" markalı minik avtomobilinin ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az


Etiketlər:  Xaçmazda avtomobil ağaca çarpılıb yaralanan var


RƏYLƏR