Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2022 11:16
"LGBT"yə, yəni cinsi azlıqların nümayəndələrinə dəstək aksiyasında iştirakdan imtina edən seneqallı müsəlman futbolçu İdris Quyye dünya müsəlmanları böyük dəstək alıb, insanlar onun inancına hörmət etməyə çağırıb.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu haqda "CNN" məlumat yayıb.
"Mən İdris Qan Quyeni dəstəkləyirəm. Onun dini inanclarına hörmət edilməlidir", - Seneqal prezidenti Macky Sall "tvit"ində yazıb,
Seneqallı yarımmüdafiəçi Ligue 1-in şənbə günü Montpelye ilə oyunu buraxdı, bu oyun zamanı oyunçulardan LGBT hərəkatını dəstəkləmək üçün göy qurşağı formaları geyinmələri tələb olundu.
Xatırladaq ki, Fransanın "Pari Sen-Jermen" futbol klubunda çıxış edən müsəlman yarımmüdafiəçi İdris Quyye komandasının "Monpelye"yə qarşı oyununda "LGBT"-yə dəstək ifadə edən formada meydana çıxmaqdan imtina edib. Belə ki, digər yoldaşları kimi onun maykasındakı nömrədə göy qurşağı rənglərinə boyanmış olub və hamıdan belə formada oyuna çıxmaq tələb edilib. Bu səbəbdən oyuna qatılmaqdan imtina edən müsəlman futbolçu matçı tribunalardan izləyib. Quyyenin bu addımı bir sıra homoseksual qrupların kəskin etirazına məruz qalıb. Onlar Fransız Liqasını həm klubu, həm də "PSJ"-ni ən sərt şəkildə cəzalandırmağa çağırıblar.
Quyye ötən il homofobiya ilə mübarizəyə həsr olunmuş gündəki bir matçı da buraxmışdı.
Fransa Futbol Federasiyasının (FFF) Milli Etika Şurası tərəfindən Quyye sözügedən oyunun boykot etməsini izah etməyə çağırdıqdan sonra müsəlmanlar arasında qəzəb daha da güclənib.
Quyyeni dəstəkləyən mesajlar sosial mediadan, eləcə də siyasət, incəsənət və idmanın aparıcı simalarından gəlir.
Seneqalın idman naziri Matar Ba bazar ertəsi axşam verdiyi açıqlamada: "Bir klubla müqavilə bağlayarkən futbol oynamalısan. Amma bu, nəyisə təbliğ etmək və ya inanclarınızdan vaz keçmək demək deyil".
"Pelas"ın yarımmüdafiəçisi Şeyhou Kuyate və "Uotford"un yarımmüdafiəçisi İsmaila Sar da Quyyeyə dəstək olublar.
Quyyeyə #WeareallIdrissa həştəqi ilə dəstək də sosial mediada zirvəyə çatıb.
Bir daha xatırladaq ki, əxlaqsızlıq, zinakarlıq kimi, eynicinsli münasibətlər də nəinki İslamda, ümumiyyətlə, bütün səmavi dinlərdə Allah tərəfindən qadağan edilmiş əməldir...