Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2022 12:46
Litva Rusiyadan elektrik enerjisini idxal etməkdən imtina edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyinin cümə günü qəbul etdiyi qərar bazar günü qüvvəyə minib.
Məlumata görə, "Nord Pool" elektrik birjasının operatorunun qərarına əsasən, "İnter RAO" tərəfindən həyata keçirilən Rusiyada istehsal olunan elektrik enerjisinin ticarəti dayandırılıb.
Litvanın ehtiyacları Latviya, Polşa və İsveçlə əlaqələr vasitəsilə yerli istehsal və idxal hesabına ödəniləcək. 2021-ci ildə Litva daxili istehlak üçün lazım olan elektrik enerjisinin 17%-ni Rusiyadan idxal edib.