Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz doğmayıq, aramızda heç bir sərhəd və ya maneə olmamalıdır''

''Biz doğmayıq, aramızda heç bir sərhəd və ya maneə olmamalıdır''

Tarix: 22 May 2022 17:56

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Ali Radada çıxış edərək, Polşa rəhbərliyi ilə ölkələr arasında sərhəd keçidinin sadələşdirilməsinə dair razılıq əldə olunduğunu açıqlayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın "Evropeyska Pravda" nəşri məlumat yayıb.

Məlumatda bildirilir:

"Biz doğmayıq. Aramızda heç bir sərhəd və ya maneə olmamalıdır. Ukrayna və Polşa xalqları uzun müddətdir ki, mental olaraq sərhədləri bölüşmürlər. Ona görə də biz bunu yaxın vaxtlarda müvafiq ikitərəfli sazişə çevirmək qərarına gəldik".

O əlavə edib ki, Ukraynadakı hazırkı vəziyyət "Ukrayna və Polşanı istər-istəməz ortaq keçmişlə bağlı mübahisələri unutdurdu".

Qeyd edək ki, bu gün səhər saatlarında Zelenski Ukraynada Polşa vətəndaşları üçün genişləndirilmiş imkanlar haqqında qanun layihəsinin qəbul edildiyini açıqlayıb.

Zelenskinin çıxışı Kiyevdə səfərdə olan Polşa lideri Anjey Dudanın Radadakı çıxışından dərhal sonra baş tutub. Duda Ukrayna tərəfinə mehriban qonşuluq haqqında yeni saziş bağlamağı təklif edib.


Etiketlər:  doğmayıq aramızda heç sərhəd maneə olmamalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ