Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2022 11:35
"Mən küsmürəm, həmin insanın varlığı, yoxluğu mənim üçün əhəmiyyətini itirir. Deyirəm ki, bəlkə indi başa düşmədi, bu dəfə başa düşər. Şans verib, gözləyirəm. Hətta ətrafdakılar mənim səbrimə əsəbləşirlər, deyirlər ki, nə qədər şans verirsən?! Var belə insanlar ki, onlar bu dünyada insanın-insana etdiklərini dəyərləndirməyəndə münasibəti kəsirlər. Belə olan halda mən həmişə arzulayıram ki, kaş o insanın həyatında hər şey o qədər yaxşı olsun ki, məni unutsun. Necə ki, mən onu artıq çoxdan unutmuşam. Mən yalandan riyakarlıq etməyi xoşlamıram"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Dilarə Əliyeva deyib. O daha sonra artıq çəki atdığını da bildirib.
"Bilirsiniz ki, bir müddət əvvəl Türkiyədən serial təklifi almışdım. Buna görə də bir neçə kilo çəki verməli oldum. Deyəsən irəliləyiş var, iradəm, gücüm öz bəhrəsini artıq verir. Belə ki, 6 kilo çəkidən azad olmuşam. Hələ də çəki atacam, təxminən 6 kilo da atmalıyam. Yavaş-yavaş yoxa çıxıram, əriyirəm" deyə aktrisa bildirib.
Tanınmış aktrisa bu günlərdə Sibel Canın konsertinə getdiyini, gecədən böyük zövq aldığını bildirib.
"Sibelcan həm türklərin, həm də azərbaycanlıların çox sevdiyi bir müğənnidir. Çox çalışqandır, yorulmur. Mən də özümə borc bildim ki, onun konsertinə gedim. Qızımla birlikdə yollandım. Belə bir insanı sevməmək, dəyər verməmək mümkün deyil. Konserti də gözəl keçdi, özü də gözəldir, gözəlliyi göz oxşayır. Mahnılarına ürək, can qoyur. Hər zaman repertuarını, özünü yeniləyir. Mən belə insanları çox sevirəm, dəyərləndirirəm" deyə Dilarə Əliyeva deyib.