Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İyirmi ölkə Ukraynaya yeni yardım elan edib” - ABŞ-ın müdafiə naziri

“İyirmi ölkə Ukraynaya yeni yardım elan edib” - ABŞ-ın müdafiə naziri

Tarix: 24 May 2022 08:15

İyirmi ölkə Ukraynaya yeni təhlükəsizlik yardım paketlərini elan edib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Pentaqon rəhbəri qeyd edib ki, xüsusilə, Avstraliya və Kanada M777 haubitsaları verəcəklərini vəd ediblər və cəmi dörd həftə ərzində bütün bu sistemlər ukraynalılara çatdırılıb.

Ostinin sözlərinə görə, Britaniya raketlər və yeni qısa mənzilli müdafiə sistemi təqdim edib. Çexiya Rusiyaya qarşı mübarizə aparmaq üçün Ukraynaya döyüş helikopterləri, tanklar və raket sistemləri bağışlayıb. Danimarka isə Ukraynaya "Harpoon" gəmi əleyhinə raketləri və buraxılış qurğularını təhvil verəcək. Onlar dəniz blokadasını dəf etməyə kömək edə bilərlər. Silah Rusiya hərbi gəmilərini batırmağa qadirdir.

O, İtaliya, Yunanıstan, Norveç və Polşa da daxil olmaqla, bir neçə ölkənin kritik ehtiyac duyulan artilleriya sistemləri və sursatlarını təhvil verdiyini açıqlayıb.


Etiketlər:  İyirmi ölkə Ukraynaya yeni yardım elan edib ABŞ müdafiə naziri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ