Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək əməliyyatından sonra xəstələr nə etməlidir?

Ürək əməliyyatından sonra xəstələr nə etməlidir?

Tarix: 24 May 2022 21:36

Ürək əməliyyatları kimi böyük cərrahi müdaxilələr orqanizmdə bəzi metabolik və fizioloji dəyişikliklərə səbəb olur. Bu xoşagəlməz dəyişiklərdən qorunmaq lazımdır.

Əməliyyatdan sonra diqqət edilməsi lazım olan ən önəmli məqam - sonrakı müalicəni düzgün və həkiminizin istiqamətləndirdiyi kimi aparmaqdır.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, ürək cərrahı Cabir Gülmalıyev ürək əməliyyatı keçirmiş pasiyentlərə bir sıra tövsiyələr verib.

- Ürək əməliyyatı keçirmiş xəstələr əməliyyatın 4-cü günü ilk dəfə duş qəbul edə bilərlər. 5-ci gün müalicələr tərtib olunur, son tövsiyələr verilir, müayinə edilir evə yola salınırlar.

- Əməliyyatdan sonrakı erkən dövrdə xəstənin bütün bədən funksiyaları yaxından izlənilir. Ehtiyac olarsa, qidalanma dəstəyi təyin olunur (duzsuz, vitaminli, bol maye).

- Əməliyyat sonrası həkim nəzarəti olmadan dərmanların kəsilməsi qəbuledilməzdir (xüsusilə qapaq əməliyyatı keçirmiş xəstələrdə).
- Əməliyyatdan sonra ürəyi çox gücə salmaq olmaz. Lakin fiziki aktivlik hər zaman tövsiyə olunur.


Etiketlər:  Ürək əməliyyatından sonra xəstələr etməlidir


RƏYLƏR