Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski ruslar üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib

Zelenski ruslar üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib

Tarix: 25 May 2022 22:18

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya vətəndaşları üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin saytında məlumat yer alıb.

"Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına nəzarət rejiminin gücləndirilməsi zərurətinin tərəfdarıyam", - deyə Ukrayna Prezidentinin saytında dərc edilmiş petisiyaya cavabda deyilir.

Vladimir Zelenski bundan irəli gələn məsələləri həll etməyi baş nazir Denis Şmıqala tapşırıb.

Milli.Az


Etiketlər:  Zelenski ruslar üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib


RƏYLƏR