Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Norveçdə Gülnarə Xəlilovanın ''Xarıbulbul və Qarabağ'' milli geyim kolleksiyası nümayiş etdiriləcək

Norveçdə Gülnarə Xəlilovanın ''Xarıbulbul və Qarabağ'' milli geyim kolleksiyası nümayiş etdiriləcək

Tarix: 27 May 2022 13:54

29 may tarixində Norveçin paytaxtı Oslo şəhərində Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə tanınmış modelyer, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Xarıbulbul və Qarabağ" milli geyim kolleksiyası nümayiş etdiriləcəkdir.

Tədbir Oslonun məşhur "Cosmopolite" səhnəsində nümayış olunacadır.

Kolleksiyanın təqdimatı Azərbaycanın Müstəqillik Gününə və "Şuşa ili"nə həsr olunub.

"Bu il 50 illik yubileyimi qeyd edirəm və "Xarıbülbül və Qarabağ" kolleksiyamın Norveçdə təqdimatı əlamətdar hadisə olacaq. Bütün yaradıcılıq fəaliyyətim boyu həmişə milli dəyərləri təbliğ etməyə, Azərbaycan milli geyim ənənələrini qoruyub saxlamağa və inkişaf etdirməyə çalışmışam.

Bizim gözəl mədəniyyətimiz, adət-ənənələrimiz bütün dünyada tanınmalıdır", - deyə Gülnarə Xəlilova bildirib.

Xatırladırıq ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları moda həftələrində və beynəlxalq tədbirlərdə Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Bolqarıstan, İsveç və digər ölkələrdə uğurla təqdim olunmuşdu.


Etiketlər:  Norveçdə Gülnarə Xəlilovanın Xarıbulbul Qarabağ milli geyim kolleksiyası nümayiş etdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ