Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2022 23:58
Çin Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra Rusiyanın "Boeing" və "Airbus" təyyarələri üçün hava məkanını bağlayıb.
Sonxeber.net xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Qadağa Qərbin sanksiyalarının tətbiqindən sonra hüquqi statusu dəqiqləşdirilməmiş təyyarələrə şamil edilir. Çin Rusiya aviaşirkətlərindən təyyarələrinin xaricdə artıq qeydiyyatdan keçmədiyini sübut etməyi tələb edib.
Bununla da Pekin fevralın 24-də Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Qərb hökumətlərinin tətbiq etdiyi çoxsaylı sanksiyalara əməl edir.
Ukraynanın işğalı ilə əlaqədar Avropa Birliyi və ABŞ Rusiyaya mülki təyyarələrin, ehtiyat hissələrinin tədarükü, texniki xidməti və sığortasını qadağan edib.
Rusiyada istismar edilən bir çox təyyarələr rus müştəriləri ilə əməkdaşlığı dayandıran Qərb lizinq şirkətlərinə məxsusdur. Moskva təyyarələri geri qaytarmaqdan imtina edib və sadəcə olaraq onları yenidən qeydiyyata alıb.
Pekin tələb olunan sənədlər gəlmədiyi üçün "Boeing" və "Airbus" təyyarələri üçün eniş icazələrini və uçuşları ləğv edib. (publika.az)