Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəfəsi təmizləmək üçün nanədən 3 dəfə güclü vasitə - SINAYIN

Nəfəsi təmizləmək üçün nanədən 3 dəfə güclü vasitə - SINAYIN

Tarix: 28 May 2022 22:27

Bir çox insanlar ağız qoxusuna qarşı, nəfəsi təravətləndirən vasitə  kimi nanə və mentolu tanıyır. Saqqızların çoxu da mentolludur.

Lakin son elmi araşdırmalar göstərib ki, nanədən də qat-qat effektiv vasitə muskat qozu - kiçik hindistan cevizinin tozudur. Ədviyyat kimi üyüdülüb satılan, istifadə olunan bu ceviz 30 dəfə daha təsirli olub, ağız boşluğunu yandırmadan nəfəsi ən kəskin yeməkdən sonra belə sürətlə təravətləndirir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, ədviyyatın tərkibində olan neoliqnan soyuducu, qoxuaparıcı xassəyə malikdir. Onun effekti mentoldan 3 dəfə artıq saat qalır.

Tədqiqatda 30 könüllü iştirak edib. Onlar 30 saniyə ərzində bu ədviyyat qatılmış maye ilə ağızlarını yaxalayıblar. Məlum olub ki, mentol 5 dəqiqədən sonra təsir edir, muskat isə cəmi 1 dəqiqəyə. Təravət effekti isə 45 dəqiqə çəkir, bu da mentolla müqayisədə çoxdur.


Etiketlər:  Nəfəsi təmizləmək üçün nanədən dəfə güclü vasitə SINAYIN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ