Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2022 10:24
Suriyada yaşayış sahəsinin yaradılması üçün 30 kilometrlik dəhliz yaradılması planı var idi. Apardığımız əməliyyatlardakı bölgələr normallaşmanın başladığı yerlərə çevrildi.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ bildirib.
O, Türkiyənin tarazlığı bərpa etmək üçün addımlar atdığını vurğulayıb:
"Terrorun kökünü kəsəcəklərinə zəmanət verən ölkələrlə müqavilə bağladıq. Hər şeyi təyin etdik. Amma verilən vədlər tutulmadı. Türkiyə Silahlı Qüvvələri şimalda terror dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcək. Yay aylarında terror əməliyyatlarının daha da artacağını gözləyirəm".