Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 07:38
Çexiya Müdafiə Nazirliyi Ukraynaya hərbi yardım üçün daha çox vəsaitin ayrılması tələbi ilə tezliklə hökumətə müraciət edəcək.
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.
Məbləğ təxminən 600-700 milyon çex kronu (30 milyon ABŞ dollarına qədər - red.) olmalıdır.
"Yardımın davamlı olması çox vacibdir. Çexiya uzun müddətdir yardım göstərən ölkələrdən biridir", - nazir bildirib.
Müharibə başlayandan indiyədək Çexiya Ukraynaya silah, o cümlədən tank və helikopter, 140 milyon avroluq hərbi avadanlıqlar verib.