Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 15:24
Əhalisi 1800 nəfərə yaxın olan Şəki rayonunun Çayqaraqoyunlu kəndində insanlar içməli su olmadığı üçün əziyyət çəkirlər. Sakinlərin sözlərinə əsasən təbii su mənbəsi olmadığından çirkli zibilli suyu daşıyaraq hovuzlara duruldub içməyə məcburdurlar.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, palçıqlı, lilli və çirkli. Kənd sakinləri həm məişətdə,həm də içməyə çayın belə vəziyyətdə olan suyundan istifadə edirlər.
Bura Şəki rayonunun 400 ailənin yaşadığı Çayqaraqoyunlu kəndidir. Təbii su mənbəsi olmadığından sakinlər içməli su kimi Əlican çayının suyundan içməyə məcburdular. Bir neçə il əvvəl kəndin su problemi Yaponiya layihəsi əsasında çəkilən su xəttləri ilə həll olunub. Sonradan həmin xəttlər yararsız vəziyyətə düşüb .
Yay aylarında su azaldıqda və yuxarıda yaşayan əhali çayı cürbəcür zibillərlə çirkləndirdiyi üçün bu su içməyə yararsız olur. Lakin əhali məcbur qaldığından Əlican çayında olan suyu qablarla daşıyıb hovuzlara duruldaraq istifadə edirlər
Məsələ ilə bağlı Kəndin nəzdində olduğu Turan kənd bələdiyyəsindən məlumat verdilər ki, Çayqaraqoyunlu kəndində mərkəzləşmiş layihə əsasında su xətti yoxdur.Yenədə bunula bağlı aidiyyəti qurumlara rəsmi müraciət olunub. "Azərsu" ASC-nin regional idarəsindən isə xəzər xəbərə bildirildi ki, həmin kənddə içməli su layihəsi olmadığına görə qurumun xidmət sahəsində deyil. Görünən odur ki, sakinlərin su problemi həll olunmamış qalacaq.