Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 08:38
Ən azı 30 Çin Xalq Azadlıq Ordusunun döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, adanın müdafiə departamentinin əlumatına əsasən bu, cari ilin yanvarından bəri ən kütləvi belə uçuşdur.
Söhbət iki KJ-500 erkən xəbərdarlıq və nəzarət təyyarəsindən, altı J-16 qırıcı, səkkiz J-11, dörd J-10, həmçinin iki cüt Su-35 və Su-30 təyyarələrindən gedir.
Bundan əlavə, əməliyyatda iki Y-8 elektron kəşfiyyat təyyarəsi və bir sualtı qayıq əleyhinə təyyarə və eyni platforma əsasında elektron döyüş təyyarəsi iştirak edib.
Təyyarələr cənub-qərbdən hava hücumundan müdafiə zonasına daxil olub, bir neçə kilometr məsafə uçduqdan sonra ərazini tərk ediblər. Adanın silahlı qüvvələri Çin təyyarələrinin qarşısını almaq və onlara xəbərdarlıq etmək üçün müvafiq qırıcı təyyarələri havaya qaldırıb.
Nazirlik bildirib ki, Tayvanın hava hücumundan müdafiə qüvvələri də hədəfləri izləyib.