Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 10:30
Çində 24 yaşlı qadına artıq qocaldığını əsas götürərək işə götürülməyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, universitet tələbəsi olan He soyadlı qadın öz CV-sini "China Unicom" telekommunikasiya şirkətinə göndərib.
Lakin şirkət tələbənin yaşını əsas gətirərək onu işə götürməkdən imtina edib.
Şirkət bildirib ki, He soyadlı tələbəni işə qəbul edərlərsə şirkətin daxili qaydalarını pozmuş olacaqlar. Belə ki, universiteti bitirmiş işçinin yaşı 24-dən aşağı olmalıdır.
"Biz tezliklə təhsilimizi başa vuracağıq və hazırkı vəziyyətdə iş tapmaq demək olar ki, mümkün deyil" - deyə tələbə şikayətlənib.
Hadisə mətbuatda və sosial şəbəkələrdə ictimailəşib və internet istifadəçiləri tələbənin müdafiəsinə qalxıb.