Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı gənc idmançı Türkiyədə qətlə yetirildi - FOTO

Azərbaycanlı gənc idmançı Türkiyədə qətlə yetirildi - FOTO

Tarix: 31 May 2022 13:04

28 yaşlı azərbaycanlı idmançı İlkin Eminov Türkiyənin Çanakkale şəhərində öldürülüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə mayın 27-si Lapseki adlı bölgədə baş verib.

Məlumata görə, süni örtüklü futbol meydançasında iki qrup arasında növbə ilə bağlı mübahisə düşüb. Tərəflər daha sonradan barışmaq üçün kafedə görüşüblər. Bu zaman qruplar arasında yenidən dava düşüb və nəticədə İlkin Eminov bıçaqlanıb. Ağır halda xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı daha 2 nəfər yüngül xəsarət alıb.

Polis 3 nəfəri şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İlkin Eminov Lapsekidə işləyib və qaydasız döyüşlə məşğul olub.

Milli.Az


Etiketlər:  Azərbaycanlı gənc idmançı Türkiyədə qətlə yetirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ