Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 19:24
Əgər Ukraynaya təkcə Amerika universal buraxılış qurğusu MLRS M270 və ya HIMARS M142 raket artilleriya sistemi deyil, həm də operativ-taktiki raket verilsə, o zaman Ukrayna tərəfi atəş baxımından böyük üstünlük əldə edəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Onun fikrincə, Ukrayna atış məsafəsi təxminən 120 km olan HIMARS M142 və ya MLRS M270 ilə təmin ediləcək:
"Əgər bizə yüksək dəqiqlikli və 300 km mənzilli operativ-taktiki raket verilsə, düşmənin işğal etdiyi ərazilərin dərinliklərində qoşunların cəmləşməsinə, material və sursat ehtiyatlarına atəş zərbələri endirmək imkanımız olacaq".