Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxanların sayı 11%-dən çox azalıb

Koronavirusa yoluxanların sayı 11%-dən çox azalıb

Tarix: 2 Iyun 2022 07:46

Son bir həftə ərzində dünyada 3,3 milyondan çox insan koronavirusa yoluxub, 9 mindən çox insan ölüb. Əvvəlki 7 günlə müqayisədə yoluxma hallarının sayı 11 faiz azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunur ki, koronavirusdan ölənlərin sayı son həftə ərzində üç faizədək azalıb.

Ümumilikdə, son həftə ərzində Ümumdünya Səhiyyə Təşkilatına 3 383 774 yoluxma və 9 647 ölüm faktı haqqında məlumat daxil olduğu bildirilir.


Etiketlər:  Koronavirusa yoluxanların sayı dən çox azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ