Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İdman jurnalisti oyundan sonra azarkeşlərin hücumuna məruz qaldı

İdman jurnalisti oyundan sonra azarkeşlərin hücumuna məruz qaldı

Tarix: 2 Iyun 2022 15:16

Nigeriyalı İdman Jurnalisti Tobi Adepoyu İbadan şəhərindəki "Lekan Salami" stadionunda  Nigeriya Premyer Liqası çərçivəsində keçirilən "Shooting stars" və "Remo Stars" matçından sonra hücuma məruz qalıb.

Milli.Az qaynarinfo-ya istnadən xəbər verir ki, qarşılaşmadan sonra nigeriyalı həmkarımız meydan sahibi klubun azarkeşləri tərəfindən hücuma məruz qalaraq, təhqir edilib və lağa qoyulub. Hücumun səbəbi dəqiq bilinməsə də həmin azarkeşlərin öyrədilərək stadiona göndərildiyi və bilərəkdən jurnalistə fiziki təzyiq göstərdikləri iddia olunub.

Hadisədən sonra idman mediası "Shooting Stars"ın rəhbərliyinə və əyalət hökumətinə müraciət edib. Müraciətdə məsələyə dərhal baxılması, hücumu dəstəkləyən hər kəsin müəyyənləşdirilib tənbeh edilməsi, lazım gəlsə müəyyən tədbirlər görülməsi, bununla yanaşı jurnalistin ailəsinə həftəsonuna qədər üzrxahlıq məktubu da göndərilməsi tələb olunub. Bunun edilməyəcəyi təqdirdə daha yuxarı instansiyalara müraciət olunacağı bildirilib. 10 ildən artıqdır jurnalist kimi fəaliyyət göstərən Adepoyunun uşaqlıqdan "Shooting Stars"ın azarkeşi olmasına baxmayaraq işini peşəkar şəkildə heç bir qaydanı pozmadan yerinə yetirdiyi, oyunları işıqlandırdığı da bildirilib. 

Milli.Az


Etiketlər:  İdman jurnalisti oyundan sonra azarkeşlərin hücumuna məruz qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ