Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahzadə Endryu koronavirusa yoluxub

Şahzadə Endryu koronavirusa  yoluxub

Tarix: 2 Iyun 2022 23:06

İngiltərə kraliçası II Elizabetin 61 yaşlı oğlu, York hersoqu Şahzadə Endryu COVID-19-a yoluxub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Bukingem Sarayının sözçüsü, Şahzadə Endryunun koronavirus testinin müsbət çıxdığını bildirib.

Onun sabah Kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümündə Müqəddəs Paul Katedralında keçiriləcək Şükranlıq tədbirində iştirak edə bilməyəcəyi açıqlanıb.

Endryu da Kraliça Elizabethin Platin Yubileyi çərçivəsində bu gün kral ailəsinin üzvləri ilə Bukingem sarayında balkona çıxmayıb.


Etiketlər:  Şahzadə Endryu koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ