Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanda polislə aksiyaçılar arasında toqquşma oldu

İrəvanda polislə aksiyaçılar arasında toqquşma oldu

Tarix: 3 Iyun 2022 21:46

Ermənistan müxalifəti paytaxt İrəvanda yenidən mitinq keçirir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, mitinq "Fransa" meydanında başlayıb.

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin sonundan paytaxt və bölgələrdə Baş nazir Nikol Paşinyanın və cari hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirir.

İrəvanda polislə etirazçılar arasında toqquşma olub. Təhlükəsizlik qüvvələrinə butulkalar atılıb. Polis Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahı yaxınlığında müxalifət nümayəndələrinə qarşı səs qumbaralarından istifadə edib.

Qeyd edək ki, müxlaifətin yürüşü yerli vaxtla saat 16:40-da başlayıb. Şəhərdən keçərək Respublika meydanına doğru hərəkət edən etirazçılar qarşısında çoxlu sayda xüsusi təyinatlı əsgərlərin olduğu hökumət binasına yaxınlaşıblar.

Milli.Az


Etiketlər:  İrəvanda polislə aksiyaçılar arasında toqquşma oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ