Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 00:32
Hindistanda qəribə boşanma məhkəməsi keçirilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, "Maggi işi" adlandırılan işə Karnataka əyalətinin Ballari şəhərindəki məhkəmədə baxılıb.
Hakim ML Raghunath boşanma istəyinin kişi tərəfindən qaldırıldığını deyib.
Məhkəmədə ifadə verən kişi boşanmaya səbəb kimi həyat yoldaşı tərəfindən ona hər gün əriştə hazırladığını əsas gətirib.
O bildirib ki, səhər yeməyi, nahar və şam yeməyində tez hazırlanan "Maggi" əriştəsindən başqa heç bir yemək yemir.
Hakim cütlüyün mübahisəsiz boşandığını təsdiqləyib.
"Times of India" qəzetinin məlumatına görə, oxşar hallar Karnataka ştatının Mysuru şəhərində də baş verib.