Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə "Azercell"ə məxsus avtomobil vuruldu: yaralılar var - FOTO

Gəncədə

Tarix: 4 Iyun 2022 22:38

Gəncədə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Azercell" şirkətinə məxsus "Niva" markalı avtomobili arxadan vurub. Nəticədə "Niva" markalı avtomobilin sürücüsü Məmmədov Elnur Nizami oğlu idarəetməni itirib və maşın səkiyə çırpılıb. Zərbənin təsirindən avtomobildə olan 4 nəfər xəsarət alıb.Yaralılardan ikisi uşaqdır.

Xəsarət alan şəxslər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Yaralıların vəziyyətləri orta-ağırıdır. Şəxsiyyətləri dəqiqləşdirilir.

Milli.Az


Etiketlər:  Gəncədə Azercellə məxsus avtomobil vuruldu yaralılar var FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ