Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2022 12:25
Dünyaca məşhur ifaçı Meraya Kerinin "All I Want for Christmas Is You" mahnısının plagiat olduğu iddia edilib. Bəstəkar Endi Stoun müəlliflik hüquqlarının pozulması ilə bağlı ondan 20 milyon dollar məbləğində təzminat tələb edir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Stounun sözlərinə görə, o, "All I Want For Christmas Is You" mahnısını müğənni eyniadlı milad hitini buraxmamışdan xeyli əvvəl - 1989-cu ildə Neşvildə yazıb, 1993-cü ildə isə mahnı radioda yayımlanıb. Həmin vaxt o, mahnıya klip də çəkdirib.
Kerinin treki isə 1994-cü ildə debüt edib.
Mahnıların sözləri və musiqisi fərqli olsa da, iddiaçı onun razılığı olmadan icad etdiyi addan istifadə etdiyinə görə Meraya Keridən 20 milyon dollar təzminat tələb edir.