Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 16:48
Bakı. Trend:
Sentyabrın 18-də Gürcüstan Respublikasının İqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın rəhbərlik etdiyi nümayəndə heyyəti ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
ASC-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ölkəmizin ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır və eyni zamanda, Azərbaycanın Türkiyə və Avropaya ötürdüyü elektrik enerjisi məhz Gürcüstandan keçməklə ixrac edilir.
Görüşdə texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksəkgərginlikli elektrik ötürmə xətlərinin hazırkı vəziyyəti, tikilməkdə olan Ağstafa-Qardabani xəttində işlərin gedişi və Azərbaycan-Gürcüstan-Türkiyə, Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya enerji həlqəsi geniş müzakirə olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin