Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gimnastlarımız Polşadan iki qızıl, bir gümüş medalla qayıdırlar

Gimnastlarımız Polşadan iki qızıl, bir gümüş medalla qayıdırlar

Tarix: 6 Iyun 2022 13:50

İyunun 3-dən 5-dək Polşanın Jeşuf şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Sonxeber.net-a verilən məlumata görə, yarışda yığma komandamızın üzvləri qarışıq hərəkətlər proqramında 2 qızıl və 1 gümüş medal əldə ediblər. Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz qızıl, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz gümüş medal qazanıb.

Qeyd edək ki, qadın qrupu və qarışıq cütlüyümüzün qazandığı nailiyyət akrobatika gimnastikası üzrə Dünya kubokunda əldə olunan ilk qızıl medaldır.


Etiketlər:  Gimnastlarımız Polşadan qızıl gümüş medalla qayıdırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ