Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2022 23:24
Böyük Britaniyanın Mühafizəkarlar partiyası hazırkı baş naziri Boris Consonun istefası ilə bağlı səsverməyə başlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, nəticələr bir neçə saatdan sonra açıqlanacaq.
Britaniyanın hakim partiyasının deputatları Consonun istefası üçün saat 20:00-a qədər (Bakı vaxtı ilə 23:00) səs verə biləcəklər. Nəticələri Mühafizəkarlar Partiyasının üzvləri biri saata elan edəcək.
Qeyd edək ki, Consonun vəzifədə qalması üçün azı 180 səs lazımdır.
Eyni zamanda, səsvermədən əvvəl baş nazir parlamentariləri ona dəstək verməyə çağırıb.
O, gələcəkdə vergiləri azaldacağını və onları qələbəyə aparacağını vəd edib.