Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 11:20
Milyonlarla pərəstişkarlarının olmasına baxmayaraq hələ də subay qalan Hollivud ulduzları var. Onların bəziləri əsl sevgini tapmadıqlarını deyir, digərləri azadlığı sevir.
Sonxeber.net oxu.az-a istinadən həmin məşhurlardan bəzilərini təqdim edir.
Leonardo di Kaprio
Hollivud aktyoru Helena Kristensen, Jizel Byundhen, Bar Refaeli, Erin Heterton, Bleyk Layvli və başqaları da daxil olmaqla bir çox məşhur qadınlarla eşq yaşayıb. Yeni sevgilisi isə model Kamilla Morronedir. Şayiələrə görə, Leo sevgilisinə evlilik təklif edib, lakin hələlik toyla bağlı heç bir konkret məlumat yoxdur.
Şarliz Teron
"Oskar" mükafatçısı Şarliz Teron da heç vaxt evlənməyib. Onun "Third Eye Blind" qrupunun aparıcı müğənnisi Stiven Cenkins də daxil olmaqla bir neçə səs-küylü macərası olub, lakin bunların heç biri nikaha qədər davam etməyib. Məlumdur ki, Şarliz özünü uşaqlara həsr etmək qərarına gəlib. Qeyd edək ki, onun öz övladı yoxdur. O, övladlığa götürülmüş oğlan və qız böyüdür.
Kayli Minouq
Müğənni dəfələrlə şəxsi həyatını tənzimləməyə çalışıb, lakin həmişə nəsə ona mane olub. 2016-cı ildə şans ona gülümsədi; aktyor Coşua Sass ilə nişanlandı. Lakin bir il sonra Minouq onunla münasibətlərini kəsdi. Məlum olub ki, bəy onu aldatmağı çox sevirmiş. İndi o, Paul Solomons ilə görüşür və onlar artıq nişanlarını elan ediblər. Amma toyun olub-olmayacağı hələ dəqiq bilinmir.
Cared Leto
Milyonlarla qadının sevimlisi olan Jared Leto da rəsmi olaraq heç vaxt evlənməyib. O, Britni Spirs, Skarlett Yohansson, Paris Hilton və digər məşhurlarla görüşsə də, toy haqqında düşünəyib. Cared özü də dəfələrlə bildirib ki, başqa bir insan üçün məsuliyyət götürməyə hazır deyil, ona görə də hələlik subaylıq həyatı yaşayır.
Al Paçino
Hollivud aktyoru Al-Paçino qadınları çox sevir, lakin azadlığı ilə vidalaşmağa hazır deyil. Məlumdur ki, onun üç övladı var, onların anaları heç vaxt Al Paçinonun rəsmi arvadı olmayıblar. Qadınlarla həyatı alınmasa da, o, açıq şəkildə deyir ki, həyatında ən yaxşı şey uşaqlardır.