Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 15:32
Rusiyadan ölkəmizə avtomobil idxalı dayandırılıb. Bu barədə istehsalçı şirkətlərdən birinin yerli nümayəndəliyindən bildirilib. Səbəb kimi isə hazırda Rusiyada istehsalın aparılmaması göstərilib. Elə sürücülərin də bu ölkəyə məxsus nəqliyyat vasitələrinə marağı son illər azalıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov da Rusiya avtomobillərinin bir sıra parametrlərdə digərlərinən geri qaldığını deyir. Ekspert məhz bu səbəbdən həmin nəqliyyat vasitələrinin idxalının dayandırılmasının yerli bazara ciddi təsiri olmayacağı qənaətindədir.
Fərhad Eyyubov həmçinin bildirib ki, yeni model Rusiya avtomobillərinin satış qiymətləri də kifayət qədər bahadır. Bu da onlara olan təlabatı azaldır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: